AZ

"Halal Business Forum" çərçivəsində əməkdaşlıq haqda Memorandumlar imzalanıb

Bakı. Trend:

Bakıda keçirilən "Halal Business Forum" forumu çərçivəsində ikisənəd imzalanıb.

Trend xəbər verirki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) iləTürkiyənin “Bilişim Vadisi” arasında Anlaşma Memorandumuimzalanıb.

Sənəd “yaşıl iqtisadiyyat”, “yaşıl texnologiyalar” və “yaşılsahibkarlıq” kimi istiqamətlərdə məlumatlılığın artırılması vəbirgə təşəbbüslərin həyata keçirilməsini, eləcə də ətraf mühitinmühafizəsi sahəsində əməkdaşlığı nəzərdə tutur.

Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və“Bilişim Vadisi”nin baş meneceri Erkam Tüzgen imzalayıblar.

Qeyd edək ki, “KOB-ların yaşıl keçidi üçün Bakı İqlimKoalisiyası üzrə Birgə Bəyanat” COP29 çərçivəsində KOBİA tərəfindənirəli sürülüb. Kiçik və orta biznesin yaşıl keçidini asanlaşdırmaqvə bu sahədə mövcud çətinliklərin aradan qaldırılması məqsədinidaşıyan bu bəyanat, yaşıl KOB-ların qlobal hərəkatınınyaradılmasına yönəlib.

Hazırda bu bəyanata 20-dən çox beynəlxalq təşkilat və xariciölkələrin milli qurumları qoşulub.

Digər sənəd Malayziyanın “Halal Development Corporation Berhad”şirkəti ilə KOBİA arasında imzalanıb. Anlaşma Memorandumunu“Berhad” korporasiyasının baş direktoru Hayrol Arifeyn bin Saharivə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov imzalayıblar.

Sənəd biznes, investisiya və ixrac sahələrində, eləcə də halalsənayesi üzrə əməkdaşlığı, bilik və təcrübə mübadiləsini, birgətəlim proqramlarının keçirilməsini və hər iki qurumun imkanlarındanistifadə etməklə digər istiqamətlərdə əməkdaşlığı nəzərdətutur.

Məqalədə:
Seçilən
100
az.trend.az

1Mənbələr