AZ

Bakı-Quba yolundakı dəhşətli qəzanın VİDEOSU

Oktyabrın 6-da, saat 12:45-də Bakı–Quba avtomobil yolunun 136-cı kilometrliyində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Baş Dövlət Yol Polisi İdarəsindən Busaat.az-a verilən məlumatda qeyd olunur ki, ilkin ehtimala əsasən, yüksək sürətlə idarə olunan “Mercedes” markalı avtomobilin sürücüsü manevr qaydasını pozaraq idarəetməni itirib, nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq ağaclara çırpılıb.

Hadisə nəticəsində avtomobilin sürücüsü hadisə yerində dünyasını dəyişib, sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Faktla bağlı araşdırma aparılır.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün sürücülərə müraciət edərək diqqətə çatdırır ki, sükan arxasında hər bir qərar məsuliyyət tələb edir. Manevr qaydalarının pozulması, yüksək sürət və yol şəraitinə uyğun olmayan idarəetmə çox zaman faciəvi nəticələrə gətirib çıxarır.

Sürücülərin bir daha diqqətinə çatdırılır ki:

– yolda hərəkət edərkən manevr etməzdən əvvəl arxa və yan görünmə güzgülərinə diqqətlə baxsınlar;

– qarşıdan gələn nəqliyyat vasitələrinin məsafəsini düzgün qiymətləndirsinlər;

– yorğun, halsız və ya diqqəti yayınmış vəziyyətdə sükan arxasına keçməsinlər;

– təhlükəsizlik kəmərindən mütləq istifadə etsinlər və avtomobildə olan sərnişinlərin də bu qaydaya əməl etmələrini təmin etsinlər.

Unutmayaq ki, yol hərəkəti qaydalarına əməl etmək yalnız cərimədən yayınmaq üçün deyil, həm öz həyatımızı, həm də digər hərəkət iştirakçılarının həyatını qorumaq üçündür.

Seçilən
17
18
busaat.az

10Mənbələr