AZ

Ərdoğan Qəbələdədir - FOTOLAR - YENİLƏNİB

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycana səfər edəcək.

"Cebheinfo.az" xəbər verir ki, Türkiyə lideri Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının Qəbələdə keçiriləcək 12-ci Zirvə Görüşündə iştirak edəcək. 

Ərdoğanın səfər çərçivəsində ikitərəfli görüşlər keçirməsi də planlaşdırılır.

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə iştirak etmək üçün bu gün Azərbaycana səfərə gəlib.

Qəbələ Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Ərdoğanı hava limanında elm və təhsil naziri Emin Əmrullayev və digər rəsmi şəxslər qarşılayıblar.

"Cebheinfo.az"

Seçilən
26
50
cebheinfo.az

10Mənbələr