AZ

Lamiyə Qanbayevanı bıçaqlayan keçmiş əri intihara cəhd etdi


Oktyabrın 6-da saat 18 radələrində Şirvan şəhər sakini, 1986-cı il təvəllüdlü Lamiyə Qanbayevanın “bədənin çoxsaylı kəsilmiş-deşilmiş yaraları” diaqnozu ilə xəstəxanaya yerləşdirilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Şirvan Şəhər Prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırma zamanı 1988-ci il təvəllüdlü Tural Qanbayevin kəsici-deşici alətlə xəsarətlər yetirməklə Lamiyə Qanbayevanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Tural Qanbayev hadisədən sonra sirkə turşusu içərək özünü öldürməyə cəhd edib, hazırda onun xəstəxanada stasionar müalicəsi davam edir, vəziyyəti ağırdır.

Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adamöldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.

ZÜMRÜD

Seçilən
19
10
baki-xeber.com

10Mənbələr