AZ

Bellingem Dortmunddan ayrılmaq istəyir

İngiltərəli yarımmüdafiəçi Cobe Bellingem “Borussiya Dortmund” klubunu tərk etmək niyyətindədir. Ulusal.az xəbər verir ki, bu barədə tanınmış idman jurnalisti Saşa Tavolyeri məlumat yayıb.

Mənbənin iddiasına görə, futbolçu baş məşqçi heyətindən aldığı məhdud oyun vaxtından narazıdır. 20 yaşlı oyunçu yayda İngiltərənin “Sanderlend” klubundan Dortmund təmsilçisinə 30,5 milyon avro qarşılığında keçmişdi.

Lakin mövsümün əvvəlindən bəri keçirdiyi 9 oyunda o, cəmi 301 dəqiqə meydanda olub və hələlik nə qol, nə də məhsuldar ötürmə ilə fərqlənə bilməyib. O, indiyədək Dortmund klubunda tam 90 dəqiqəlik bir oyun belə oynamayıb.

Qeyd edək ki, Cobe Bellingemin “Borussiya” ilə olan müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalı gənc futbolçunun hazırkı bazar dəyərini 22 milyon avro olaraq qiymətləndirir.

Seçilən
8
moderator.az

1Mənbələr