AZ

Paşinyan Putinə zəng etdi

BAKI, 7 oktyabr. TELEQRAF

Ermənistan Baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Ermənistan baş naziri Rusiya prezidentini ad günü münasibətilə təbrik edib.

Baş nazir Paşinyan Ermənistanla Rusiya arasında münasibətlərin daha da inkişaf etdiyini vurğulayaraq, Rusiya prezidentinin bu inkişafa şəxsi töhfəsini yüksək qiymətləndirib.

Seçilən
18
teleqraf.com

1Mənbələr