İspaniyanın paytaxtı Madrid-də təmir edilən bina çöküb.
Madridin mərkəzində, məşhur San Gines şokolad dükanının yaxınlığındakı Hileras küçəsində bina çöküb. Hadisə yerinə çoxsaylı xilasetmə komandaları cəlb olunub.
Hadisə nəticəsində 3 işçi yaralanıb, onlardan birinin ayağı sınıb. Həmçinin 2 nəfərin itkin olduğu bildirilir. Polis və xilasetmə qrupları itkin şəxsləri tapmaq üçün itlərlə birlikdə dağıntılar altında axtarış aparır.
Məlumata görə, bina əvvəlcə mənzil kimi istifadə olunub, sonradan 4 ulduzlu otelə çevrilmək üçün təmir edilirdi və təmir zamanı boşaldılmışdı.
Hadisə səbəbindən Bailen küçəsindən Sol meydanına qədər yol bağlanıb.