AZ

"Bu, onun problemi deyil, ona illik 8 milyon avro maaş verən "Milan"ın problemidir"

İtaliya millisinin sabiq üzvü Antonio Kassano "Milan"ın futbolçusu Rafael Leaonu sərt tənqid edib.

Sportal.az xəbər verir ki, veteran hücumçu portuqaliyalı vingerin aldığı maaşın yüksək olduğunu bildirib:

"Bəziləri mənim Leao ilə problemim olduğunu düşünür. Amma elə deyil. Onu tanımıram, tanımaq da istəmirəm, vecimə deyil. Futbolu sevirəm və bəzi möhtəşəm futbolçularla birlikdə oynamaq şənsı əldə etmişəm. Rafael arxası qapıya tərəf olanda oynamağı bilmir, iki ayağı ilə də zərbə vurmağı bacarmır. Məni ən çox narahat edən özünü fenomen zənn etməsidir. Amma bu, onun problemi deyil, ona illik 8 milyon avro maaş verən "Milan"ın problemidir. Əgər 1-1,5 milyon avro qazansaydı, onu da digər oyunçular kimi dəyərləndirərdim".

Qeyd edək ki, Rafael Leao bu mövsüm "Milan"ın heyətində meydana çıxdığı 3 rəsmi matçda 1 qol vurub.

saytlarin hazirlanmasi

Seçilən
9
1
sportal.az

2Mənbələr