Macarıstanın Baş naziri Viktor Orbanın Azərbaycan Respublikasına səfəri oktyabrın 7-də başa çatıb.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki, Qəbələ Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Macarıstanın Baş naziri Viktor Orbanı Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər yola salıblar.