AZ

Türkiyə nümayəndə heyəti Qəzzada atəşkəs danışıqlarında iştirak edəcək

Türkiyə nümayəndə heyəti hazırda Misirin Şarm əl-Şeyx şəhərində davam edən Qəzza zolağında dolayı atəşkəs danışıqlarında iştirak etməyi planlaşdırır.

"Report" Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə "Əl-Qahirə əl-İhbariyyə" telekanalı məlumat yayıb.

Telekanalın mənbələrinin bildirdiyinə görə, Qətər, ABŞ və Türkiyədən nümayəndə heyətləri Sinay yarımadasına gəlməkdə davam edir və onların nümayəndələri məsləhətləşmələrdə iştirak edəcək.

Türkiyə nümayəndə heyətinin tərkibi hələlik açıqlanmayıb.
Seçilən
38
4
sherg.az

7Mənbələr