AZ

Bakıda halal məhsulların sərgisi keçirilir

Bakıda keçirilən II Azərbaycan Halal Biznes (AZHAB) Forumu çərçivəsində “Baku Marriott Hotel Boulevard”da sərgi də təşkil edilib.

AZƏRTAC xəbər verir ki, sərgidə 30-a yaxın yerli və xarici şirkətin istehsalı olan məhsullar və xidmətlər nümayiş olunur.

Yerli şirkətlərlə yanaşı, sərgidə Türkiyə, Özbəkistan, Pakistan və Qırğızıstanın məhsulları da təqdim edilir. Sərgidə qida məhsulları, parfümeriya, kosmetik vasitələr, tekstil məhsulları, aksesuarlar və s. sərgilənir. Həmçinin sərgidə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycan Standartlaşdırma İnstitutu, KOBİA, Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyası, Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası, Pakistan-Azərbaycan Ticarət Palatası da öz stendləri ilə təmsil olunurlar.

Sərgi oktyabrın 8-də də davam edəcək (saat 10:00-17:00).

Sərgi yerli və xarici şirkətlərə məhsul və xidmətlərini geniş auditoriyaya tanıtmaq, yeni əməkdaşlıqlar qurmaq, müvafiq sektor üzrə tərəfdaşların tapılması, potensial müştərilərlə birbaşa əlaqə yaratmaq, ixrac imkanlarını genişləndirmək, təcrübə və texnologiya mübadiləsi, halal sənaye üzrə yeniliklər, trendlər və standartlarla tanış olmaq imkanı verəcək.

AzPost.az

Seçilən
24
4
azpost.info

5Mənbələr