AZ

Jordi Alba karyerasını başa vurur

style='margin-bottom:10px;'>

"İnter Mayami"nin futbolçusu Jordi Alba karyerasını başa vurur.

QOL.az xəbər verir ki, 36 yaşlı ispaniyalı müdafiəçi bu barədə sosial şəbəkə hesablarında video paylaşıb.

O, MLS-də mövsüm bitdikdən sonra, yəni bu ayın sonlarında peşəkar futbolla vidalaşacaq.

Qeyd edək ki, "Barselona"nın yetirməsi olan İspaniya millisinin sabiq üzvü "Valensiya" və "Ximnastik"də də çıxış edib. 2012-2023-cü illərdə "Barselona"da oynayan müdafiəçi 6 dəfə La Liqa çempionu olub, 1 dəfə UEFA Çempionlar Liqasını qazanıb. O, İspaniya millisi ilə 2012-ci ildə Avropa çempionluğu qazanıb. 

Seçilən
18
2
teleqraf.com

2Mənbələr