AZ

Madriddə bina çökdü: Ölənlərin sayı açıqlandı

Madridin mərkəzində təmir işləri aparılan binanın dağıntıları altından iki işçinin cəsədi çıxarılıb.

Publika.az xəbər verir ki, regional fövqəladə hallar xidmətinin məlumatına görə, ölənlərin sayı 4-ə çatıb.

"Yanğınsöndürənlər dağıntıdan sonra itkin düşən 4 nəfərdən ikisinin də cansız cəsədini çıxarıblar. Təmizləmə işləri davam edir", - rəsmi məlumatda deyilir.

Daha əvvəl bildirilmişdi ki, Opera Meydanı yaxınlığında, İlleras küçəsində otelə çevrilməkdə olan bina qismən çöküb.

Seçilən
70
publika.az

1Mənbələr