“İslahatçı Qadınlar və İnnovasiyalar” İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Brüsseldə “Evə qayıdış və Regional sülh” adlı beynəlxalq konfrans keçirilib.
QHT.az xəbər verir ki, tədbirdə çıxış edən “Prioritet” Sosial-İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimov bildirib ki, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində 1 milyondan çox azərbaycanlı doğma yurd-yuvalarını tərk etməyə məcbur olub və uzun illər məcburi köçkün həyatı yaşayıb:
“Hazırda həmin köçkünlər azad olunmuş ərazilərdə quruculuq işləri ilə məşğuldur və mərhələli şəkildə öz yurdlarına qayıdırlar. Azərbaycanda Qərbi Azərbaycanlıların qayıdış hüququnun qorunması məqsədilə 2023-cü il yanvarın 26-da Qərbi Azərbaycan İcması yaradılıb. İcma tərəfindən hazırlanan Qayıdış Konsepsiyasının əsas məqsədi Qərbi azərbaycanlıların geri qayıtmaq hüququnun beynəlxalq səviyyədə tanınması və hüquqi təminatının əldə edilməsidir. Bu proses könüllülük, təhlükəsizlik və ləyaqət prinsiplərinə əsaslanır.”
Pərvanə Fərhadqızı
QHT.az