17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün ilk oyununa çıxacaq.
QOL.az xəbər verir ki, 9-cu qrupda yer alan millimiz səfərdə Fransanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
Kapbreton şəhərindəki “Bourret” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 17:00-da başlanacaq. Qarşılaşmanı Norveç və Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək.
8 oktyabr
17:00. Fransa (U-17) - Azərbaycan (U-17)
Baş hakim: Marius Hansen Qrotta (Norveç)
“Bourret” stadionu, Kapbreton