AZ

AİB Azərbaycanda kiçik və orta biznesin "yaşıl" keçidi və inkişafını dəstəkləyir

Bakı. Trend:

Asiya İnkişaf Bankı (AİB) Azərbaycanda “yaşıl” keçidi və kiçikvə orta biznesin (KOB) inkişafını dəstəkləyir.

Trend xəbər verirki, bunu AİB-nın Azərbaycandakı nümayəndəliyinin direktoru SunniyaDurrani-Camal “Halal Business Forum” forumunda bəyan edib.

Onun sözlərinə görə, 58 il əvvəl əsası qoyulmuş və 69 üzvdövləti birləşdirən AİB bütün Asiya regionunda Kiçik və OrtaBiznesin inkişafını aktiv şəkildə dəstəkləməyə davam edir və onlarımilli iqtisadiyyatların dayağı sayır.

“Bu ifadə Azərbaycan üçün də keçərlidir. Mən burada 30mütəxəssisdən ibarət bir komandaya rəhbərlik edirəm. Komandamızözəl sektorun genişlənməsi və kiçik və orta biznesin dəstəklənməsiüzərində çalışır”, -deyə Sunniya Durrani-Camal qeyd edib.

O vurğulayıb ki, bank Azərbaycan İqtisadiyyat Nazirliyi, Kiçikvə Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və digər tərəfdaşlarlasıx əməkdaşlıq edir ki, sahibkarların zəruri resurslara,innovasiyalara və dayanıqlı inkişafa çıxışını təmin etsin.

“Biz fəaliyyətimizi yalnız maliyyələşdirmə iləməhdudlaşdırmırıq. Məqsədimiz biznesin potensialını inkişafetdirmək, dayanıqlı təcrübələri təşviq etmək və KOB-un çiçəklənəbiləcəyi şərait formalaşdırmaqdır. Tərəfdaşlarla birgə işləməkləbiz yeni iş yerlərinin yaradılmasına, inklüziv iqtisadi artıma vəicmaların uzunmüddətli rifahına töhfə veririk”, -deyə AİBnümayəndəsi bildirib.

O əlavə edib ki, kiçik və orta biznes yalnız iqtisadifəaliyyətin deyil, həm də ekoloji dayanıqlığın təmin edilməsindəmühüm rol oynayır və onların prosesə cəlb olunması “yaşıl” keçidinuğuru üçün son dərəcə vacibdir.

AİB direktoru əlavə edib ki, beynəlxalq və milli tərəfdaşlar, ocümlədən Azərbaycan dövlət qurumları, biznesin ekolojitransformasiyasını dəstəkləmək üçün stimullaşdırıcı tədbirlərin,vergi güzəştlərinin və maliyyələşdirmə alətlərinin tətbiqi üzərindəfəal şəkildə çalışırlar.

“COP29 çərçivəsində əsas təşəbbüslərdən biri KOB-in ‘yaşıl’keçidinə həsr olunmuş Bakı İqlim Koalisiyası oldu və burada KOBİAmühüm rol oynadı. Qəbul edilən bəyannamədə tərəflər iki prioritetüzrə razılığa gəldilər: KOB-in potensialının gücləndirilməsi vəbiznesin ekoloji həllərə olan tələbatının stimullaşdırılması”,-deyə Sunniya Durrani-Camal vurğulayıb.

Məqalədə:
Seçilən
87
az.trend.az

1Mənbələr