AZ

“Pajero" divara çırpıldı: bir ailənin 4 üzvü...

Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib.
ONN media xəbər verir ki, hadisə Bakı-Qazax magistralında, yolun Sığırlı kəndindən keçən hissəsində baş verib.
"Mitsubişi Pajero" minik maşını idarəetmədən çıxaraq beton dirəyə çırpılıb.
Nəticədə bir ailənin 4 üzvü - 1979-cu il təvəllüdlü Maqsud Qaraşov, 2010-cu il təvəllüdlü Yusif Maqsud oğlu Qaraşov, 1990-cı il təvəllüdlü Aytac Elxan qızı Qaraşova və 1946-cı il təvəllüdlü Məxmər Xalıqverdi qızı Qaraşova müxtəlif xəsarətlər alıblar.
Onlar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Seçilən
34
8
onn.az

9Mənbələr