Azərbaycanda təşkil olunan III MDB oyunları başa çatıb.

Offsideplus.az xəbər verir ki, son gündə Şəkidə keçirilən bədi gimnastika yarışlarında yığma üzvləri Azərbaycanın aktivinə daha 6 medal yazdırıblar.

Azərbaycan turniri ümumlikdə 184 medalla 2-ci pillədə başa vurub - 33 qızıl, 56 gümüş, 95 bürünc.

184 medal ölkəmizin tarixində III MDB oyunlarında qazanılan ən çox medal olub.

Qeyd edək ki, turnir 2021-ci ildən təşkil olunur.

231 medal qazanan Rusiya 1-ci, 122 medal qazanan Belarus isə 3-cü olub.