AZ

Almaniya ilə maliyyə sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakı, 8 oktyabr, AZƏRTAC

Maliyyə nazirinin birinci müavini Anar Kərimov Alman-Azərbaycan Xarici Ticarət Palatasının təşkilatçılığı ilə ölkəmizdə səfərdə olan Almaniyanın maliyyə sektorunu təmsil edən şirkətlərin və biznes dairələrinin nümayəndələri ilə görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə iki ölkə arasında maliyyə sahəsində əməkdaşlığın genişləndirilməsi, alman maliyyə institutlarının ölkəmizdə həyata keçirilən layihələrin dəstəklənməsində iştirakı, dövlət borcunun idarə olunması sahəsində təcrübə mübadiləsi, dövlət–özəl tərəfdaşlıq mexanizmləri ilə bağlı məsələlər müzakirə olunub.

Anar Kərimov qonaqlara ölkəmizdə dayanıqlı iqtisadi artımın, makroiqtisadi sabitliyin və fiskal intizamın qorunması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. Qeyd olunub ki, Azərbaycan iqtisadiyyatı müsbət inkişaf dinamikasını saxlayır, qeyri-neft sektoru davamlı şəkildə genişlənir, dövlət borcunun idarə olunmasında əldə olunan nailiyyətlər və yüksək valyuta ehtiyatları ölkənin maliyyə dayanıqlığını təmin edir. Bu siyasətin nəticəsi olaraq, kənd təsərrüfatı, informasiya texnologiyaları, emal sənayesi, logistika və yaşıl enerji kimi qeyri-neft sektorlarında əhəmiyyətli irəliləyişlər əldə edilib.

Maliyyə nazirinin birinci müavini əlavə edib ki, bu müsbət nəticələr nəzərə alınaraq, 2026–2030-cu illəri əhatə edən Dövlət Borcunun İdarə Edilməsi Strategiyası hazırlanır. Strategiya prioritet layihələrin maliyyələşdirilməsi üçün yeni borclanma imkanları yaradaraq ölkənin uzunmüddətli inkişaf gündəliyini dəstəkləməyi hədəfləyir.

Öz növbəsində, qonaqlar Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühitinin Almaniya biznes dairələri üçün geniş imkanlar açdığını, ölkənin iqtisadi stabilliyi və strateji layihələrin uğurla həyata keçirilməsinin onlara uzunmüddətli və perspektivli tərəfdaşlıq imkanları yaratdığını vurğulayıblar.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
3
azertag.az

4Mənbələr