AZ

Tuxel Keyni oynatmayacağını bəyan etdi

Fanat saytından alınan məlumata görə, ain.az bildirir.

İngiltərə millisinin hücumçusu Harri Keyn yığmanın bugünkü oyununu kənardan izləyəcək.

Fanat.Az "Sky Sports"a istinadən xəbər verir ki, bunu Uels yığması ilə yoxlama görüşü ərəfəsində sözügedən komandanın baş məşqçisi Tomas Tuxel deyib.

O, təcrübəli forvardı Uelsə qarşı oynatmayacağını bəyan edib: "Keyn "Bayern"in son oyununda xəsarət alıb. Onu oynatmaq riskli olar. Ağrıları olduğu üçün topa zərbə endirə bilmir. Harriyə istirahət imkanı verdik. Latviya ilə matça qədər problemi geridə qoyacağına əminəm".

Qeyd edək ki, İngiltərə millisi oktyabrın 14-də DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Latviya yığmasının qonağı olacaq. Keyn seçmənin forması ilə 109 matça çıxaraq 74 qol vurub.

Nihat

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
fanat.az

1Mənbələr