AZ

"Azərbaycan Fintex Assosiasiyası" memorandumlar İMZALADI

Yazını böyüt
Yazını kiçilt

"Azərbaycan Fintex Assosiasiyası" (AzFina) və "Türkiyə Fintex Assosiasiyası" arasında Anlaşma Memorandumu imzalanıb.

Hafta.az xəbər verir ki, imzalanma mərasimi "Bakı Fintex Forumu - 2025" çərçivəsində baş tutub.

"AzFina" həmçinin Beynəlxalq Konsaltinq Şirkəti ilə Anlaşma Memorandumu imzalayıb.

Sənədlər fintex sahəsində tərəfdaşlığın gücləndirilməsini, innovativ həllərin təşviqini və qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsini nəzərdə tutur.

Bu sənədlər yerli və beynəlxalq səviyyədə maliyyə texnologiyalarının inkişafına töhfə verəcək.

Seçilən
97
hafta.az

1Mənbələr