Ermənistanın hakim “Mülki Müqavilə” Partiyasından olan millət vəkilləri Türkiyəyə yola düşəcək.
“Cebheinfo.az” xəbər verir ki, müvafiq sərəncamı Ermənistan parlamentinin spikeri Alen Simonyan imzalayıb.
ATƏT PA-nın payız sessiyasında iştirak etmək üçün Ermənistanın nümayəndə heyəti aşağıdakı tərkibdə iclasa qatılacaq:
Milli Assambleyanın Xarici Əlaqələr Daimi Komitəsinin sədri Sarqis Xandanyan, nümayəndə heyətinin üzvləri, Ermənistan Milli Assambleyasının deputatları Mariya Karapetyan, Lilit Minasyan və Artur Haciyannis, həmçinin katib Artur Hacı-Akopyan. Onlar 2025-ci il noyabrın 16-dan 20-dək İstanbula ezam olunacaqlar.