Millimizin müdafiəçisi Bəhlul Mustafazadə Fransa ilə oyunöncəsi mətbuat konfransında iştirak edib:

 “Rəqib haqqında geniş danışmağa ehtiyac yoxdur. Önəmli olan bizim Fransa yığmasına qarşı necə reaksiya verməyimizdir. Bu gün son məşqimizi keçəcəyik və sabah meydanın hər qarışı uğrunda mübarizə aparacağıq. Komanda yoldaşlarımızla oyun barədə söhbətlərimiz olur, kollektiv şəkildə matça hazırlaşırıq. Sabah yaxşı mübarizə aparmağa çalışacağıq”.