"Real Madrid"in ulduzunun evində yanğın olub.

Offsideplus.az xəbər verir ki, yanğın Vinisiusun mənzilində baş verib. Hadisənin səbəbinin zirzəmidəki qüsurlu sauna olduğu bildirilir.

Yanğın baş verən zaman braziliyalı futbolçu millinin düşərgəsində idi. Yanğın saat 11:00-da aşkar edilib və bir saat ərzində tam söndürülüb.

Yanğın nəticəsində Sauna tamamilə məhv olub, evin digər hissələri isə zərər görüb. Xoşbəxtlikdən heç kim xəsarət almayıb.