AZ

“Ekoloji məsələlər” üzrə Alt İşçi qrupun növbəti iclası keçirilib

Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən hazırlanmaqda olan “Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində Nazirlər Kabinetinin Sərəncamı ilə yaradılmış “Ekoloji məsələlər” üzrə Alt İşçi qrupun növbəti iclası keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə keçirilən iclasda ətraf mühitin mühafizəsi sahəsində 2027-2030-cu illərdə həyata keçirilməsi nəzərdə tutulan islahatlar, strateji fəaliyyət istiqamətləri, əsas prioritetlər və hədəflər müzakirə olunub, İşçi Qrupda təmsil olunan və digər aidiyyəti dövlət qurumlarının təklifləri dinlənilib.

Seçilən
14
9
hafta.az

10Mənbələr