AZ

Tramp: Qəzzada müharibə başa çatıb, növbə Ukraynayadır

ABŞ prezidenti Donald Tramp Qəzza zolağında müharibənin başa çatdığını elan edib. Dövlət başçısı bildirib ki, bundan sonra diqqət Ukrayna ilə bağlı münaqişənin həllinə yönələcək.

“Yadınızdadırsa, biz yeddi münaqişəni həll etmişik. Bu, səkkizincisidir. Mən düşünürdüm ki, Rusiya–Ukrayna münaqişəsi onların arasında ən asanı olacaq. Hesab edirəm ki, bu da baş verəcək”, – Tramp ABŞ hökumətinin iclasında jurnalistlərə açıqlamasında deyib.

Qeyd edək ki, Tramp daha əvvəl Yaxın Şərqdə atəşkəsin əldə olunması istiqamətində ABŞ-ın vasitəçiliyini vurğulamışdı.

//Samir Qurbanov, Editor.az

Seçilən
21
editor.az

1Mənbələr