AZ

Qəzzaya yardım aparan gəmidə olan 2 Azərbaycan vətəndaşı da saxlandı...


Dünən Qəzzaya humanitar yardım aparan gəmi heyətində saxlanılan şəxslər arasında 2 nəfər Azərbaycan vətəndaşı Pərvin Əzimov və Orxan Səmədzadənin saxlanıldığı məlumdur.

Bu barədə KIV-in sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, sözügedən vətəndaşlar gəmi ekipaj üzvləridir və onlar Türkiyədə çalışırlar.

“İsraildəki Səfirliyimiz tərəfindən görülən tədbirlər nəticəsində onların azad edilərək öz istəkləri əsasında Türkiyəyə geri qayıtması nəzərdə tutulur”, - deyə məlumatda vurğulanıb.

ZÜMRÜD

Seçilən
23
28
baki-xeber.com

10Mənbələr