AZ

Rusiyada azərbaycanlı müəllimin saxta olduğu üzə çıxıb

Yekaterinburqdakı (Rusiya) 157 saylı məktəbdə ibtidai sinif müəlliminin guya uşaqlara İslamı təbliğ etdiyi barədə yayılan xəbərlərin saxta olduğu üzə çıxıb.

XəzərNews.az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə Rusiya KİV-də məlumat yayılıb.

Məlumata görə, məktəbdə aparılan daxili araşdırma nəticəsində internetdə yerləşdirilən məlumatların saxtalaşdırıldığı müəyyən edilib.

Bildirilir ki, Amirə adlı müəllim əslən azərbaycanlı olan Rusiya vətəndaşıdır. O, dünyəvi düşüncəyə malikdir və dinlə maraqlanmır.

Xatırladaq ki, bir müddət öncə sosial şəbəkələrdə müəllim barədə yanlış məlumatlar yayılmışdı. İddialara görə, o, uşaqlara Puşkinin əsərləri əvəzinə Quran oxuyurmuş. Lakin aparılan araşdırma bu məlumatların əsassız olduğunu təsdiqləyib.

Xəbər 3 dəfə oxunub.
Seçilən
13
2
xezernews.az

3Mənbələr