Ötən gecə Sabirabadda toy mərasimində bıçaqlanan şəxs xəstəxanada ölüb...
Poliqon Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə rayonun Qaragüney kəndində qeydə alınıb.
Belə ki, 1987-ci il təvəllüdlü kənd sakini Telxas Telman oğlu İsrafilov toy mərasimində bıçaq xəsarətləri alıb.
O, xəstəxanaya çatdırılsa da, əməliyyat zamanı vəfat edib. Hadisəni törətməkdə şübhəli bilinən İsrafilovun tanışı, 1984-cü il təvəllüdlü Qaragüney kənd sakini Xəqani Muradov polis tərəfindən saxlanılıb.
Bildirilib ki, hadisə sərxoş halda olan şəxslərin mübahisəsi səbəbindən baş verib.
Faktla bağlı araşdırma aparılır.
Poliqon.info