AZ

Sabirabadda toyda QƏTL

Ötən gecə Sabirabadda toy mərasimində bıçaqlanan şəxs xəstəxanada ölüb.

Bizim.Media xəbər verir ki, hadisə rayonun Qaragüney kəndində qeydə alınıb.

Belə ki, 1987-ci il təvəllüdlü kənd sakini Telxas Telman oğlu İsrafilov toy mərasimində bıçaq xəsarətləri alıb.
 

O, xəstəxanaya çatdırılsa da, əməliyyat zamanı vəfat edib. Hadisəni törətməkdə şübhəli bilinən İsrafilovun tanışı, 1984-cü il təvəllüdlü Qaragüney kənd sakini Xəqani Muradov polis tərəfindən saxlanılıb.


Bildirilib ki, hadisə sərxoş halda olan şəxslərin mübahisəsi səbəbindən baş verib.

Faktla bağlı araşdırma aparılır.

Sabutay, Bizim.Media

Seçilən
17
4
bizim.media

6Mənbələr