AZ

Deputat müraciətlərə cavab verilməməsindən şikayətləndi: “Gözlərimiz yollarda qalır”

“SSRİ dövründə Sibirdən, Bakıdan və digər ərazilərdən Moskvaya, xüsusən də Lenin və naməlum əsgərin qəbrinə çikayət məktubları yazılardı. Həmin məktuba 30 gün ərzində cavab verilərdi. Amma bu gün Azərbaycanda  Bakıdan Bakıya müvafiq dövlət qurumlarına yazdığımız məktublara da 30 gün ərzində cavab verilir. Bu çox absurddur”.

Ölkə.az xəbər verir ki, bunu deputat Səyyad  Salahov (Aran) parlamerntin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, bu məktublar uzaq Sibirdən deyil, Bakıdan Bakıya yazılır. “Təklif edirəm ki, bu məktublara 10 gün ərzində cavab verilsin. Burada əndrabi cəhət ondan ibarətdir ki, müvafiq qurumlar gözləyirlər 30 gün tamam olsun sonra cavab versinlər. Gözlərimiz yazdığımız məktublara cavabları almaq üçün yollarda qalır.

Seçici deptuta məktub yazır və deyir ki, bir aydır müraciət etmişəm niyə cavab vermirsən, o zaman qalırıq çıxılmaz vəziyyətdə. Sonda məcbur olub deyirik ki, yazdığınız məktuba  hələ biz özümüz cavab ala bilməmişik, sizə necə cavab verək”, - deputat qeyd edib.

Milli Məclis sədri Sahibə Qafqarova məsələyə reaksiya verərək deyib ki,  dövlət qurumlarına göndərdiyiniz hansı məktuba cavab verməyiblər, müraciət edin.

Mürtəza

Seçilən
100
olke.az

1Mənbələr