AZ

Əlavə 584 tələbə ödənişsiz təhsil alacaq - DİM

Bakı. Trend:

2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrininbakalavriat səviyyəsinə keçirilmiş müsabiqənin nəticələrinə əsasən,müəyyən sayda dövlət sifarişli yerlər istifadə edilməmiş qalmışdır.Müvafiq ixtisaslara ödənişli əsaslarla qəbul olunmuş tələbələrarasında onların topladıqları ballara əsasən boş qalan dövlətsifarişli yerlərə əlavə müsabiqə keçirilmişdir.

Trend xəbərverir ki, bu barədə DİM məlumat yayıb.

Bildirilib ki, əlavə müsabiqənin nəticələrinə əsasən bakalavriatsəviyyəsi üzrə 584 tələbə ödənişsiz təhsil almaq hüququ əldəetmişdir. Həmin tələbələrin siyahısı müvafiq tədbir görülməsi üçünali təhsil müəssisələrinə göndərilmişdir. Bundan əlavə, həmintələbələrin “Şəxsi kabinet” lərində qeyd olunmuş mobil telefonnömrələrinə də bu haqda məlumat göndərilmişdir.

Bakalavriat səviyyəsinə ödənişli əsaslarla qəbulolunmuş və əlavə müsabiqə nəticəsində dövlət sifarişi əsasındatəhsil almaq hüququ qazanmış tələbələrin saylarının ali təhsilmüəssisələri üzrə paylanması

Seçilən
7
49
az.trend.az

10Mənbələr