AZ

“Əminə Yusifqızı ilə vida mərasiminin məsciddə keçirilməsi yerinə düşmədi” - Jurnalist Əzizə İsmayılova


Xalq artisti Əminə Yusifqızı ilə vida mərasiminin təşkilinə münasibət bildirən jurnalist Əzizə İsmayılova sosial şəbəkədə paylaşım edərək mədəniyyət qurumlarını kəskin tənqid edib.

Jurnalist qeyd edib ki, sənət fədaisinin vida mərasiminin məsciddə keçirilməsi “heç yerinə oturan qərar olmayıb”

“Zənnimcə, Xalq artisti Əminə Yusifqızı ilə vida mərasiminin məsciddə keçirilməsi heç yerinə oturan iş olmadı. Yəni onu yola salmağa hansısa bir səhnə tapılmadı?” — deyə İsmayılova yazıb.

Əzizə İsmayılovanın bu fikri ictimai müzakirələrə səbəb olub. O, xüsusən vurğulayıb ki, səhnə və sənət aləminin dəyərli nümayəndəsinin xatirəsi məhz sənət ocağında — teatrda, onun ruhuna ən yaxın məkanda yad edilməli idi.

Vida mərasiminin məsciddə keçirilməsi mədəniyyət ictimaiyyəti tərəfindən də suallar doğurub. Bir çoxları hesab edir ki, sənət adamlarının vida mərasimlərinin məhz sənət məkanlarında — teatr və ya mədəniyyət saraylarında təşkili həm ənənəyə, həm də sənətə ehtiram baxımından daha doğru olardı.

Xalq artisti Əminə Yusifqızı “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılıb.

ZÜMRÜD

Seçilən
60
baki-xeber.com

1Mənbələr