DÇ-2026-nın seçmə mərhələsinin Fransa - Azərbaycan oyununda ikinci qol vurulub.
Moderator.az-ın məlumatına görə, Parisdəki "Park de Prens" stadiondakı matçda meydan sahibləri üstünlüklərini bir qədər də möhkəmləndiriblər - 2:0.
69-cu dəqiqədə Adrien Rabyo başla dəqiq oynayıb.
DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində Parisdə keçirilən Fransa-Azərbaycan oyununda ikinci hissə başlayıb.
Moderator.az xəbər verir ki, “Park de Prens” stadionunda oynanılan görüşün ilk yarısından sonra rəqib 1:0 hesabı ilə qalib gəlir.
Matçı norveçli FIFA referisi Rohit Saqqi idarə edir.
23:37
DÇ-2026-nın seçmə mərhələsinin Fransa - Azərbaycan oyununda ilk hissə başa çatıb.
Moderator.az-ın məlumatına görə, Parisdəki "Park de Prens" stadiondakı matçın 45+1-ci dəqiqəsində meydan sahibləri hesabı açıblar.
Kilian Mbappe adını tabloya yazdırıb.
Parisin "Park de Prens" stadionunda DÇ-2026 seçmə mərhələsi çərçivəsində Fransa - Azərbaycan qarşılaşması start götürüb.
Moderator.az xəbər verir ki, matçı Rohit Saqqinin rəhbərliyi ilə Norveçdən olan hakimlər briqadası idarə edir.