AZ

42 il ölüm hökmünü gözləyən məhbus 81 yaşında ölüb

42 ilini ölüm kamerasında keçirmiş amerikalı Fred Singleton 81 yaşında təbii səbəblərdən vəfat edib.

AzPost-un məlumatına görə, bu barədə Associated Press Cənubi Karolinanın həbsxanalar üzrə departamentinə istinadən xəbər verir.

Agentliyin məlumatına görə, Singleton həbsxana xəstəxanasında dünyasını dəyişib. O, 1983-cü ildə qətl, zorlama və oğurluqda günahlandırılaraq ölüm cəzasına məhkum edilib.

Məhkum Cənubi Karolinada ölüm hökmündə olan ən uzun müddət həbsdə olan məhbus hesab edilirdi. Məhkəmə müəyyən edib ki, o, ruhi xəstəliyə görə gözlənilən edamı dərk edə bilmir. O, vəkillərinin suallarına ancaq “hə” və ya “yox” cavabını verə bilib.

Edam məqsədi ilə onun şüurunu bərpa etmək üçün məcburi müalicə qadağan olunduğundan ölüm cəzası onun sağalması halında nominal olaraq qüvvədə qalıb.

AzPost.az

Seçilən
16
1
azpost.info

2Mənbələr