AZ

Dumanın "dəli" deputatı Düşənbə görüşündən danışdı: “Ağıllı rəhbərlər..."

Musavat.com xəbər verir ki, Rusiya Dövlət Dumasının deputatı Viktor Vodolatski Tacikistanın paytaxtı Düşənbədə keçirilən Vladimir Putin və İlham Əliyev görüşünün əhəmiyyətini yüksək qiymətləndirib. Deputat “Info24” nəşrinə açıqlamasında bildirib ki, hər iki lider “müdrik rəhbərlər” kimi mürəkkəb beynəlxalq şəraitdə bir-birinə qarşılıqlı etimad nümayiş etdirir və regional sabitlik üçün real addımlar atır:

“Prezident Vladimir Putin və Prezident İlham Əliyev başa düşürlər ki, bu çətin dövrdə Rusiya və Azərbaycan xarici təhdidlərə birlikdə qarşı durmalıdır. Liderlər iki ölkə arasında münasibətlərin bərpası və inkişafı üçün atılacaq addımları müəyyənləşdirdilər.”

Vodolatski əminliklə deyib ki, Düşənbə görüşü Rusiya–Azərbaycan münasibətlərində yeni mərhələ açacaq, iki xalq arasında dostluq və etimadı daha da möhkəmləndirəcək.

Есть

Kremlin informasiya kursunda dönüş

Musavat.com-un müşahidələrinə görə, Putin–Əliyev görüşünün ilk saatlarında Rusiya mediasında tənqidi və soyuq tonlu materiallar üstünlük təşkil edirdi. Bəzi Telegram kanalları və analitik səhifələr əvvəlki ritorikanı – Azərbaycan əleyhinə iddiaları – davam etdirirdilər.

Lakin ertəsi gün günorta saatlarından etibarən Kremlin media xətti dəyişməyə başladı. Görünür, Kremldən verilən “koordinasiya siqnalı” Rusiya informasiya platformalarının istiqamətini pozitiv və əməkdaşlığa yönəlik tona çevirdi. Artıq həm deputatlar, həm də siyasi ekspertlər Azərbaycanla əlaqələrin bərpasını və inkişafını zəruri hesab etdiklərini açıq şəkildə bildirirlər. Viktor Petrovich Vodolatski kimi "dəli" deputat, aqressiv kazak atamanı bu cür açıqlama verirsə, demək ki, mərkəzdən ciddi tapşırıq gəlib.

Bu, Kremlin idarə etdiyi media sistemində rəsmi mövqenin dəyişməsi kimi dəyərləndirilir. Analitiklərə görə, “Putin nə deyirsə, media da onu deməlidir” prinsipi bu dəfə tam şəkildə işə düşüb.

Казаки

Yeni mərhələyə keçid siqnalı

Ataman Vodolatskinin bəyanatı, Dövlət Dumasında Rusiya–Azərbaycan münasibətlərinə dair azsaylı açıq müsbət çıxışlardan biri hesab olunur. Musavat.com -a görə, ermənipərəst Zatulinin sarsaq açıqlamalarından sonra bu cür konstruktiv mövqe təqdir olunası detaldır.

Musavat.com -un arayışı:

Arayış: Viktor Petroviç Vodolatski — 1957-ci il avqustun 19-da Rostov vilayətində anadan olub. Rusiya Dövlət Dumasının deputatıdır, “Vahid Rusiya” Partiyasının üzvü və MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə Komitənin birinci sədr müavinidir. Uzun illər Don Kazak Cəmiyyətinin atamanı kimi fəaliyyət göstərib. Rusiya prezidentinin millətlərarası münasibətlər üzrə müşavir şurasının üzvüdür. 2014-cü ildən etibarən Qərb sanksiyaları siyahısındadır. Son çıxışlarında Azərbaycanla münasibətlərin normallaşmasını və Rusiya–Azərbaycan əməkdaşlığının yeni mərhələyə keçməsini dəstəkləyən mövqelər səsləndirib.

Musavat.com

Seçilən
34
musavat.com

1Mənbələr