AZ

“Süni intellekt və təhsilin gələcəyi” - UNEC rektoru

Bakı. Trend:

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru,professor Ədalət Muradov rəsmi sosial media hesabında “Süni intellekt (Sİ) və təhsilingələcəyi (Düşündüklərimiz, oxuduqlarımız, eşitdiklərimiz,gördüklərimiz)” mövzusunda fikirlərini bölüşüb.

Rektor gələcəyin təhsil modelinin əsas istiqamətlərindən birininməhz süni intellekt texnologiyalarının tətbiqi olacağınıvurğulayıb. O, Sİ-in təhsildə fərdiləşdirmə, interaktiv öyrənmə,müəllimlərin işini asanlaşdırma, inklüzivlik və gələcək iş bazarınahazırlıq baxımından yaratdığı imkanlardan bəhs edib.

“Süni intellekt (Sİ) və Təhsilin gələcəyi (Düşündüklərimiz,oxuduqlarımız, eşitdiklərimiz, gördüklərimiz)

Gələcək təhsilin əsas konturları daha aydın görünməyə başlayırvə burada əsas amillərdən birinin məhz Süni İntellekt (Sİ) olacağıartıq qəbul edilir.

1. Təhsilin fərdiləşdirilməsi. Sİ-in təhsildə ən böyükimkanlarından biri öyrənməni fərdiləşdirmək qabiliyyətidir. Sİ hərbir təhsilalanın güclü və zəif tərəflərini, öyrənmə sürətini təhliledərək onun üçün fərdi təhsil planı yarada bilir.

2. İnteraktiv öyrənmə. Saatlarla mühazirə dinləmək dövrü artıqgeridə qalır. Gələcəyin təhsili interaktiv öyrənmə alətləri iləzəngin olacaq. Virtual Reallıq (VR) və Artırılmış Reallıq (AR)dərsləri canlandıraraq öyrənməni daha maraqlı edəcək.

3. Sİ - Müəllimin köməkçisi. İdarəetmə işlərindən tutmuştəhsilalanlara əlavə dəstək göstərməyə qədər, Sİ müəllimlərinvaxtına qənaət edərək onların əsas işi olan öyrətməyə daha çoxdiqqət ayırmasına şərait yaradır.

4. Əlçatanlıq və inklüzivlik. Təhsilalanlar təhsil imkanlarınabərabər çıxış əldə edirlər. Eyni zamanda, Sİ tədris materiallarınımüxtəlif dillərə tərcümə edə bilir ki, bu da ana dili fərqli olantəhsilalanlar üçün maneələri aradan qaldırır.

5. Gələcək iş bazarına hazırlıq. Sİ inkişaf etdikcə əmək bazarıda əhəmiyyətli dərəcədə dəyişəcək. Gələcəyin təhsili yalnız ənənəvifənləri deyil, həm də təhsilalanları Sİ ilə idarə olunan dünyadauğurlu olmağa hazırlayan bacarıqları öyrədəcək.

Beləliklə, Sİ təhsili daha maraqlı, səmərəli və hamı üçünəlçatan edəcək”.

“Süni
“Süni
“Süni
Seçilən
10
6
az.trend.az

10Mənbələr