AZ

Mingəçevirdə zirzəmidə köməksiz vəziyyətdə körpə tapılıb

MİNGƏÇEVİR, 12 oktyabr. TELEQRAF

Mingəçevirdə zirzəmidə köməksiz vəziyyətdə atılmış körpə uşaq tapılıb.

Teleqraf-ın Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə Heydər Əliyev prospektində, Sənaye Parkı ilə üzbəüz binanın zirzəmisində qeydə alınıb.

Ətrafdakıların köməyi ilə körpə xilas edilərək təcili olaraq xəstəxanaya çatdırılıb.

Körpənin kimliyi və onu zirzəmiyə kimin atması hələ ki məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
28
4
teleqraf.com

8Mənbələr