Göyçay rayonunun ərazində yeşik sexində baş verən yanğın yaxınlıqda yerləşən iki fərdi yaşayış evinə keçib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, nəticədə vətəndaşlara məxsus evlərə zərər dəyib. Evlərdəki bəzi əşyalar və yanar konstruksiyalar tamamilə yanaraq yararsız hala düşüb.
Alovun söndürülməsinə Dövlət Yanğından Mühafizə Xidmətinin Göyçay və Ucar rayon bölmələrinin canlı qüvvəsi və texnikası cəlb olunub.
Hazırda yanğının tam söndürülməsi istiqamətində işlər davam etdirilir. Alov lokallaşdırılıb.
Bizim.Media, Aran bürosu