RU

Göyçayda yeşik sexində başlayan yanğın iki evə keçdi

Göyçay rayonunun ərazində yeşik sexində baş verən yanğın yaxınlıqda yerləşən iki fərdi yaşayış evinə keçib. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, nəticədə vətəndaşlara məxsus evlərə zərər dəyib. Evlərdəki  bəzi  əşyalar və yanar konstruksiyalar tamamilə yanaraq yararsız hala düşüb.

Alovun söndürülməsinə Dövlət Yanğından Mühafizə Xidmətinin Göyçay və Ucar rayon bölmələrinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Hazırda yanğının tam söndürülməsi istiqamətində işlər davam etdirilir. Alov lokallaşdırılıb.


Bizim.Media, Aran bürosu
 

Избранный
13
7
bizim.media

10Источники