Futbol tarixinin ən "qorxulu" hücumçularından biri olan Luis Suares karyerasında 600-cü qolunu vuraraq daha bir tarixi uğura imza atıb.
Fanat.Az xəbər verir ki, “El Pistolero” (Tapançaçı) ləqəbli ulduz bu nailiyyətə 9 fərqli klub, 3 qitə və 20 illik karyera ərzində çatıb.
Onun bitib-tükənməyən mübarizə ruhu və qapı qarşısındakı soyuqqanlılığı onu futbol tarixinin ən unudulmaz hücumçularından birinə çevirib.
Suaresin karyera qollarının bölgüsü:
- "Barselona": 198 qol
- "Ayaks": 111 qol
- "Liverpul": 82 qol
- Uruqvay millisi: 69 qol
- "Atletiko Madrid": 34 qol
- "Qremio": 29 qol
- "Nasional": 20 qol
- "İnter Mayami": 42 qol
- "Qroningen": 15 qol
Bu rəqəmlər təkcə statistikadan ibarət deyil - bunlar bir dövrün hekayəsidir.
Suaresin adı indi artıq yalnız klub səviyyəsində deyil, dünya futbolu tarixi səviyyəsində əfsanələr sırasında yazılıb.
Kamil Xudiyev