Bakı-Sumqayıt yolunda hərəkətdə olan avtobusda təhlükəli anlar yaşanıb.
ONN media Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə paylaşılıb.
Paylaşımı edən şəxs bildirib ki, sərnişinlərdən biri sürücüdən dayanacaq olmayan yerdə avtobusu saxlamasını tələb edib. Sürücü tələbi qəbul etmədikdə həmin sərnişin sürücüyə hücum edib. Buna baxmayaraq, sürücü avtobusu saxlamayıb. Nəticədə avtobusda təhlükəli vəziyyət yaranıb.
“İşin sonunda ölüm də baş verə bilərdi, amma sürücü israrla avtobusu saxlamadı. Avtobusdan düşəndə dizlərim əsirdi”, - deyə sərnişinlərdən biri qeyd edib
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta