AZ

Misir Qəzzanın yenidənqurulması üzrə beynəlxalq konfrans keçirməyi planlaşdırır

Qahirə, 13 oktyabr, AZƏRTAC

Müharibənin sona çatdırılması üzrə plana əsasən, Misir yaxın vaxtlarda Qəzzanın yenidən qurulması və inkişafı üzrə beynəlxalq konfrans keçirməyi planlaşdırır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Misir Prezidenti Əbdülfəttah əs-Sisi Şarm əş-Şeyx Sülh Sammitində bildirib.

“Bu konfrans fələstinlilərə öz torpaqlarında həyat şəraiti yaratmaq və onlara ümid vermək məqsədini güdür. Sülh yalnız dağıntıdan sonra inşa etmək üçün əl uzadıldıqda tamamlana bilər", - deyə əs-Sisi vurğulayıb.

 
Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Seçilən
17
2
azertag.az

3Mənbələr