AZ

Kabo-Verde yığması ilk dəfə dünya çempionarına vəsiqə qazanıb

Kabo-Verde millisi tarixində ilk dəfə dünya çempionatında iştirak edəcək.

İdman.Biz bildirir ki, yığma 2026-cı ildə ABŞ, Meksika və Kanadada keçiriləcək futbol üzrə dünya çempionatına vəsiqə qazanıb.

Bazar ertəsi, oktyabrın 13-də Kabo-Verde seçmə oyunda Esvatinini 3:0 hesabı ilə məğlub edərək D qrupunda birinci yeri tutub.

Komanda 10 turdan sonra 23 xal qazanıb və 19 xalı olan Kamerunu qabaqlayıb.

İdman.Biz

Seçilən
110
27
idman.biz

10Mənbələr