AZ

Ayxan Abbasov baş hakimdən narazıdır - "Rəqibə simpatiya göstərirdi"

"Standart vəziyyətlərdə rəqibin üstünlüyü var idi".

News24.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov səfərdə Ukraynaya 1:2 hesabı ilə məğlub olduqları DÇ-2026-nın seçmə mərhələ oyunundan sonra deyib.

44 yaşlı mütəxəssis rəqibin ilk qolundan sonra komandasının özünə gəldiyini bildirib: "Üzərində işlədiyimiz hücumlarımız oldu. Nəriman Axundzadədin ilk dəqiqələrdə əla fürsəti var idi. Zədədən yeni qayıtsa da, yaxşı çıxış etdi. Müdafiə xəttimizə də alqış düşür. Sona qədər ümidli idik. Baş hakim oyunu tez bitirdi. Məncə, rəqibə simpatiyasını da göstərirdi. Belə oyunlar bizi bərkidəcək".

Qeyd edək ki, Azərbaycan millisi növbəti oyununu noyabrın 13-də evdə İslandiya seçməsinə qarşı keçirəcək.

Seçilən
99
2
news24.az

3Mənbələr