AZ

Oxumaq üçün Türkiyəyə gedən azərbaycanlı qızın başına "oyun açdılar"

Türkiyədə magistratura təhsili alan azərbaycanlı qadın kirayə ev dələduzluğunun qurbanı olub. 

News24.az xəbər verir ki, o, internet vasitəsilə tapdığı mənzil üçün 8 min dollar ödəyib, lakin kirayələdiyi evin realda mövcud olmadığını öyrənib.

Hadisə oktyabrın 1-də İstanbulun Beşiktaş rayonunun Ortaköy məhəlləsində baş verib.

Məlumata görə, 24 yaşlı memarlıq ixtisası üzrə magistrant Səidə Kərimova avqustun 23-də internetdə yerləşdirilmiş daşınmaz əmlak elanı vasitəsilə Mustafa Boğaçhan K. adlı şəxslə əlaqə saxlayıb.

Razılaşmadan sonra Kərimova altı aylıq kirayə haqqı kimi 8 min dolları göndərib. Lakin iki ay sonra İstanbula qayıdarkən onun kirayələdiyi evin mövcud olmadığı üzə çıxıb. Ətrafdakı sakinlər belə bir mənzilin ümumiyyətlə olmadığını bildiriblər.

Zərərçəkən qadın polisə müraciət edib və hadisə ilə bağlı araşdırma başlanıb.

Aqil Qarayev

Seçilən
102
news24.az

1Mənbələr