AZ

Bu Afrika ölkəsi tarixində ilk dəfə mundiala vəsiqə qazandı

ain.az xəbər verir, sport24.az saytına əsaslanaraq.

Kabo-Verde millisi tarixində ilk dəfə dünya çempionatının final mərhələsinə yüksəlib. Sport24.az xəbər verir ki, bu Afrika ölkəsinin komandası ötən gün Esvatinini məğlub edərək 2026-cı il dünya çempionatına vəsiqə qazanıb.

Prayada keçirilən görüş 3:0 hesabı ilə başa çatıb. 

Kabo-Verde millisi D qrupunda 10 oyundan sonra 19 xalı olan Kamerunu qabaqlayaraq 23 xal qazanıb.

Qeyd edək ki, 2026-cı il dünya çempionatı ABŞ, Kanada və Meksikada keçiriləcək. İlk dəfə olaraq turnirdə 48 komanda iştirak edəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
87
27
sport24.az

10Mənbələr