Kabo-Verde millisi DÇ-2026-nın final mərhələsinə vəsiqə qazanan 23-cü komanda olub.
Publika.az xəbər verir ki, oktyabrın 13-də Afrika seçmə mərhələsinin D qrupunun oyununda Esvatinini 3:0 hesabı ilə məğlub edən Kabo-Verde 23 xal qazanaraq qrupda birinci yeri tutub. İkinci və üçüncü yerdə Kamerun (19 xal) və Liviya (16) qərarlaşıb.
Qeyd edək ki, Kabo-Verde tarixində ilk dəfə DÇ-nin final mərhələsinə vəsiqə qazanıb.
Kabo Verde DÇ-2026-ya vəsiqə qazanan beşinci Afrika komandası olub – Mərakeş, Tunis, Misir və Əlcəzair daha əvvəl ABŞ, Kanada və Meksikada keçiriləcək turnirə vəsiqə qazanmışdı.