AZ

DİN-dən “Sədərək”də baş verənlərlə bağlı AÇIQLAMA

Dünən sosial şəbəkələrədə Azərbaycan Dövlət Reklam Agentliyinin əməkdaşları ilə “Sədərək” Ticarət Mərkəzinin mühafizə xidmətinin əməkdaşları arasında baş verən insidentlə bağlı video yayılıb.

Bununla bağlı DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov bildirib ki, “Sədərək” Ticarət Mərkəzində tərəflər arasında yaranan insidentlə bağlı polisə müraciətlər daxil olub.

Qaradağ RPİ-nin İstintaq Şöbəsində hadisənin təfərrüatları ilə bağlı araşdırma aparılır. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertizalar təyin edilib.

 

Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.

Seçilən
43
33
tribunainfo.az

10Mənbələr