AZ

"Fasiləyə yaxın buraxdığımız qol bizi silkələdi" -Ukrayna millisinin forvardı

"Milli komandaların oyununda asan rəqib olmur. Hər kəs diqqətini cəmləşdirir, hər kəs əlindən gələni edir”.

Fanat.Az xəbər verir ki, bu sözləri Ukrayna millisinin üzvü Artyom Dovbik DÇ-2026-nın seçmə mərhələsində Azərbaycana qalib gəldikləri görüş haqda danışarkən deyib.

O, Ukrayna mətbuatına açıqlamasında 2:1 hesablı qələbəni dəyərləndirib: “Fasiləyə yaxın buraxdığımız qol bizi silkələdi, amma əsas odur ki, üç xal qazandıq. Bəzi imkanlar var idi ki, və mən onlardan yararlana bilmədim. Rəqibin müdafiəçiləri mənə fokuslanmışdılar.Bu o deməkdir ki, digər oyunçularımız üçün boşluq yaranır və şans yaranırdı”.

Seçilən
64
fanat.az

1Mənbələr